SON XƏBƏRLƏR
Müxalifət Tbilisi Şəhər Məhkəməsi qarşısında etiraz aksiyası keçirir

Yazının dərc olunma Tarixi: 2/12/2021

Müxalifət Tbilisi Şəhər Məhkəməsi qarşısında etiraz aksiyası keçirir
Gürcüstan Vahid Milli Hərəkat partiyası Tbilisi Şəhər Məhkəməsi yaxınlığında etiraz aksiyası keçirir. Pravdainfoşorg xəbər verir ki, onlar Mixeil Saakaşvilinin azad olunmasını tələb edirlər. Hazırda Tbilisi Şəhər Məhkəməsi qarşısına çox sayda polis qüvvəsi cəlb olunub.
Polislər əvvəlki prosesdəki kimi yenə də nə jurnalistlərin, nə də Saakaşvilinin tərəftarlarının məhkəmə binasının həyətinə daxil olmağa icazə vermirlər.
Xatırladaq ki, hazırda "Pencəklər" işi ilə bağlı Mixeil Saakaşvilinin məhkəmə prosesi keçirilir.



Fikrini bildir