SON XƏBƏRLƏR
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

Yazının dərc olunma Tarixi: 23/1/2022

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
Yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!



Fikrini bildir