ELŞAD ABDULLAYEV: «MƏNİ AKİF ÇOVDAROVUN GİZLİ HƏBSXANASINA APARDILAR…»

Yazının dərc olunma Tarixi: 18/12/2015

ELŞAD ABDULLAYEV: «MƏNİ AKİF ÇOVDAROVUN GİZLİ HƏBSXANASINA APARDILAR…»
[b][b]«Səhərisi günü səhər saat 7-8 radələrində idmana gedəndə evimin qabagında təcili tibbi yardım maşınından düşən silahlı qara maskalılar məni zorla maşına saldılar. Məni Akif Çovdarovun tapşırıgı ilə Masazırdakı şəxsi həbsxanasına gətirdilər. Bütün günü məni Akif Çovdarovun Masazır həbsxanasında ac-susuz saxladılar».[/b][/b]
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayevin ölkə rəhbərliyi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev və KİV-lərə ünvanlanmış yeni müraciətində belə deyilir. E.Abdullayev bir nüsxəsini “AzPolitika”ya göndərdiyi müraciətində Akif Çovdarovun gizli həbsxanasında üzləşdiyi təzyiqlər, daha sonra nazir Eldar Mahmudovla görüşü barəsində sensasiyalı təfərrüatları yazır.
Keçmiş ABU rektoru bildirir ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarovun onun qardaşı Mahir Abdullayevə 300 min dollar borcu olub.
Akif Çovdarovun cinayət ortagı Qulu Cəfərov bunu Mahir Abdullayevə oktyabr 2001-ci il tarixdə verdiyi yazılı izahatında da öz imzası ilə təsdiq edib. E.Abdullayev yazır ki, bu əlyazmanı qardaşı itkin düşəndən sonra onun iş otağındakı qara rəngli əl diplomatından götürüb. Bundan sonra Qulu Cəfərovla görüşməyə çalışıb.
«Sonradan bizə məlum oldu ki, o, Akif Çovdarovun şəxsi həbsxanasında işləyir. Qulu Cəfərov bizimlə görüşməkdən qaçırdı. Ancaq eşidəndəki Mahir onunla bir yerdə çox vaxt keçirib, onu axtarmağa başladım. Nəhayət, 2009-cu ildə Qulu Cəfərovu lX mikrorayonda yerləşən və yaxın qohumu Akif Çovdarovla bir mərtəbədə, qapı-bir qonşu kimi yaşadıgı evin girəcəyində yaxaladım. Onun imzası ilə yazılmış Mahir Abdullayevə 300 min dollar borcu oması haqqında izahatı Qulu Cəfərova təqdim etdim və ondan Mahirə olan borcunu tələb etdim. O, gözlənilməz görüşdən az qala hüşünu itirirdi, and-aman etdi ki, pullar Akif Çovdarovdadır, ondan ala bilərsiniz, mən Akif Çovdarovun taxta-şalban ofisində işləyirəm, mənə cörək pulu verir. Düzdür, pul mənim imzamla alınıb, ancaq Mahir pulu Akif Çovdarova verib. Mənə Akif Çovdarovun mobil telefonunu verdi və dedi ki, sabah zəng et görüş, o da mən deyənləri deyəcək».
Elşad Abdullayev yazır ki, Qulu Cəfərovla bu görüşdən 1 gün sonra qara maskalılar onu saxlayaraq, Akif Çovdarovun gizli həbsxanasına aparıblar.
«Səhərisi günü səhər saat 7-8 radələrində idmana gedəndə evimin qabağında təcili tibb yardım maşınından düşən silahlı qara maskalılar məni zorla maşına saldılar. Qara maskalılardan MTN polkovniki Rəsul Rəsulov, Yaşar Lətifov (soyadını ola bilərki səhv salıram), indi həbsdə olan Teymur Quliyev üzlərini açmışdılar. Araz Laçınlı, polkovnik Fikrət Əliyev və general Elçin Quliyevi, Sənan İbrahimovu və Qulu Cəfərovu isə üzlərini açmasalar da, səslərindən və yerişlərindən tanıdım. Məni MTN-in arxa qapısına gətirdilər, lakin ora çatmamış Akif Çovdarovun tapşırıgı ilə Masazırdakı şəxsi həbsxanasına apardılar. Bu zaman Elçin Quliyev, Fikrət Əliyev, Araz Laçınlı və Teymur Quliyev MTN-in arxa qapısından içəri girdilər. Rəsul Rəsulov qara maskalı təcili tibbi yardım maşınının sürücüsünə bildirdi ki, «siz professoru Masazır Universitetinə aparın». Yəni Akif Çovdarovun şəxsi həbsxanasına. Bütün günü məni Akif Çovdarovun Masazır həbsxanasında ac-susuz saxladılar, qonşu otaqda elektroşokla 2 nəfərə huşu itənə qədər işgəncə verirdilər, onların ah-naləsinə, yalvarışlarına səs verən yox idi. Təsəvvür edin, Azərbaycan Milli Elmlər Akademiyasında 10 ildən çox baş elmi işci vəzifəsində calışmışam, 30 il Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 30 elmi-pedaqoji stajım var, ABU-da rektor işləyirəm, Prezidentin yanında AAK-in Hüquq Ekspert Şurasının sədri vəzifəsində calışmışam, birdən-birə elə gözlənilməz situasiyaya düşdüm ki, məqam axtarırdım ki, oradan necə qaçım».
Elşad Abdullayev daha sonra yazır ki, günün sonuna yaxın Akif Çovdarov onun saxlandığı otağa gəlib. Bu onların ilk canlı görüşü olub. «Akif Çovdarov məni Azərbaycan Beynəlxalq Universitetindəki «qanun pozuntuları» ilə təhdid etməyə başladı. O məni MTN-in Təhsil Nazirliyindəki «Qara qutusu» İlyar Vahabovun yoxlama protokolları, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin yazdığı yazılarla gecə saat 2-yə qədər təhdid etdi. Məni qorxu və təəccüb bürümüşdü. Akif Çovdarovun şəxsi həbsxanasında hamı qara maskalı və silahlı idi.
O, başa düşəndəki, artıq mən çəkinirəm, ondan sonra Qulu Cəfərovun Mahir Abdullayevə borclu olması haqqında məsələyə keçdi. Bu zaman əlində avtomat qara maskada Qulu Cəfərov və mənə özünü MTN polkovniki kimi təqdim edən Sənan İbrahimov (MTN-in müavini Hilal Əsədovun qohumu) da otaga daxil oldular. Mən saxlanan otaqda çoxlu qan izləri var idi. Qulu və Sənan üzlərini açmadan tam silahlı vəziyyətdə heç nə danışmadan Akif Çovdarovun komandasını gözləyirdilər. MTN generalı Elçin Quliyev maşından düşəndə bildirdi ki, «Elşad müəllim mənim MTN Akademiyasında müəllimim olub, yaxşı deyil, gəlin mənim otagımda dindirək»…
Keçmiş rektor daha sonra yazır ki, Akif Çovdarov Mahir Abdullayevi tanımadığını, onunla heç bir alış–verişinin olmadığını deyib. “Nə mən, nədə mənim qohumum Qulu Cəfərov Mahiri tanımırıq, bizim ona heç bir borcumuz yoxdur”, deyə əlavə edəndən sonra xəbərdarlıq edib ki, bir də bu söhbətin üstünə qayıtma. Varsa da bizim Mahirə olan borcumuzu bağışlayırsan. “Nə isə, fikirləşirdim ki, necə qurtulum bu faşistlərinin əlindən, mənim ücün olduqca ağır və gözlənilməz situasiyaydı. Akif Çovdarovun əmrilə qara Lexus cip maşında bir qara maskalı heç bir şey danışmadan məni şəhərin mərkəzindəki evimə gətirdi”.
Bu hadisədən 3 gün sonra Elşad Abdullayevi MTN-ə çağırıblar. Burda onun nazir Eldar Mahmudovla da görüşü olub. “MTN nazirinin köməkçisi – əmisi oğlu Vüqar Mahmudov səhər saat 9-da mənim mobil telefonuma zəng edib bildirdi ki, sizi MTN-in Baş İstintaq İdarəsinin rəisi Şıxəliyev Mövlan gözləyir. MTN nazirinin qəbul otağına gəldim, oradan da MTN Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin otağına getdik. Məni Mövlan Şıxəliyev və müstəntiq Novruz Məmmədov birlikdə qəbul etdilər. Onlar mənə Mahirin oğurlanmasından suallar verdilər, mən də Akif Çovdarovun söhbətindən sonra heç bir şey danışmadım. Çünki istintaqa qonşu otaqdan Akif Çovdarov və Hilal Əsədov istiqamət verirdilər. Onlar selektor telefon danışıqları ilə məni aşagılayan söyüşlar söyürdülər, bunları acıq –aşkar eşidirdim. Onlar əmin olandan sonra ki, mən Akif Çovdarovun ssenarisi üzrə danışmayacağam, bundan sonra Mövlan Şıxəlıyev və müstəntiq Novruz Məmmədovla birlikdə MTN naziri Eldar Mahmudovun iş otagına gəldik.
Eldar Mahmudov da məni Mahir Abdullayevin oğurlanması ilə bağlı sorğu-suala tutdu. Qorxduğumdan əmin olduqdan sonra axşam saat 20 radələrində məni MTN-dən buraxdılar. Bir hüquq professoru olaraq, artıq fərqindəydim ki, kimlərlə üzləşmişəm…”

[b][b]Asif Mərzili: "Elşad Abdullayev niyə Bakıda ikən və Akif Çovrarov iş başında olarkən Prezidentə müraciət edərək demirdi?"
[/b]

E.Abdullayevin bu yazısında adı çəkilən "Təzadlar" qəzetinin baş redaktoru ilə telefon əlaqəsi saxladıq. Asif Mərzili [b]Pravdainfo.org-un[/b] suallarına belə cavab verdi:[/b]
-Məsələ ondadır ki, son illər, kim Elşad Abdullayev kimi Azərbaycandan qaçıb aradan çıxırsa və rəqibi həbs olunursa, dərhal dil pəhləvanına çevrilir... Və diqqəti çəkən bir də budur ki, ölkəni bu və ya digər səbəblərdən tərk edənlərin böyük hissəsi xaricdə yaşamaq statusu alandan sonra bu yolu tutur. Belə "dil pəhləvanlığı"na nə var? Oğul odur bizim kimi Azərbaycanda olaraq hər çətinliyə dözə, bacardığı qədər mübarizəsini davam etdirə... Bizim anamız ölməsin, Vətəni ki tərk edib qaçmamışıq. Xaricə gedən kimi məlum olur ki, onların hüquqları pozulubmuş... Təsəvvür edin, əgər YAP üzvü, universitet rektoru, MTN-nin, BDU-nun professoru, saysız-hesabsız orden-medallı, Misir Mərdanovun kabinetini az qala təpiklə vurub açan, Prezident Administrasiyasındakıların qapıları üzünə taybatay açıq olan, DİN-nin, Baş Prokurorluğun, MTN-nin qapıları isə üzünə günün 24 saatı açıq qalan, az qala hüquq mühafizə orqanlarında çalışanların hamısının müəllimi olmuş... Elşad Abdullayev indi hüquqlarının pozulmasından danışırsa, təsəvvür edin ki, biz nə etməliyik... Qısası, MTN-nin son məlum həbs edilənləri qalanlar üçün bir hədə ünvanına çevrilib. Elşad Abdullayevin başa düşdüyü dildə desəm, kimin toyuğu itibsə, indi Akif Çovdarovun və ya digərlərinin üstünə ata bilər. Gülməli məqamdır. Akif Çovdarov kimi qaniçən niyə Elşad Abdullayevi "Təzadlar" qəzetindəki yazılarla hədələyirmiş? Məgər Elşad Abdullayevin minlərlə saxta diplom verdiyi və ağlar qoyduğu tələbələri, onların valideynləri bəs deyildi üzünə durduzub sorğu-sual etmək üçün? TQDK sədri Məleykə xanım Abbaszadə hələ 2009-cu ildə özü rəsmi açıqlama vermişdi ki, ABU-nun saxta diplomları ilə dövlət qulluğuna girmək istəyən 118 məzunu aşkarlamışıq... Hansı ki, sonralar E.Abdullayev özü də dedi ki, bu işləri nazir Misir Mərdanovun bazarlığı ilə birgə ediblər. İkincisi, əgər doğrudan da Akif Çovdarov onu dindirərkən (dindirmə protokolu varsa, yəqin orda yazılıb) "Təzadlar"dakı faktları da ondan soruşub sorğu-sual edirmişsə, mən buna çox sevinirəm. Qəzet belə olar də! Hər halda, Akif Çovdarov, Elşad Abdullayev demiş, qaniçən, cəllad olsa da, prezident sərəncamı ilə general olmuş şəxs idi və heç də ağılsız adam deyildi. Deməli, bu general "Təzadlar"dakı təhlilli yazıları oxuyub, rəhbərliyə məruzə edib ki, sonradan Elşad Abdullayevi dindirərkən də həmin faktları bir daha ondan soruşub dəqiqləşdirirmiş. Mən bunu bilmirdim. Elşad müəllim sağ olsun ki, "Təzadlar"ın yazılarına, hətta MTN kimi bir dövlət orqanında mötəbər sübut kimi istinad etməsini ictimailəşdirib bizi sevindirdi. Əsil qəzet belə olar... Amma Elşad müəllim "təhdid"lə "sual-cavabı, dəqiqləşdirmə"ni səhv başa düşür... O boyda rektoru, dünyanın 8 ölkəsinin akademikini də qəzet yazısı ilə təhdid etmək, qorxutmaq olardımı? Bir sözlə, mən sevinirəmi, "Təzadlar"ın bu qədər nüfüzlu qəzet olduğunu təsəvvür etmirdim, nəhayət, Elşad Abdullayev bizi bundan agah etdi.. Sağ olsun belə diqqətə görə, başqa nə deyə bilərəm ki...
-Bu açıqlamada "Təzadlar" qəzetini MTN-nə bağlamaq cəhdi yoxdurmu?
-Əksinə, Elşad Abdullayev özü həmin açıqlamasında deyir ki, sən demə, o, həm də MTN akademiyasının professoru imiş... Deməli, MTN-nə sıx əlaqəsi olub. Hətta mən deyim ki, Elşad Abdullayev bir müddət əvvəlki yazılarında "Təzadlar"ı əvvəl DİN-nin, sonra Ramiz Mehdiyevin, ardınca da Baş Prokurorluğun müdafiəsində durduğunu... yazırdı. Amma mən sizə bir faktı açıqlayım, dəhşətə gələcəksiniz... Təxminən 3 ay əvvəl Elşad Abdullayev özünün facebook səhifəsində mərhum prezident, türk dünyasının görkəmli dövlət xadimlərindən olmuş Heydər Əliyevi, digər tanınmış şəxsləri, o cümlədən Prezident İlham Əliyevin ailə üzvlərinin, yaxın qohumlarının əleyhinə ədəbsiz ifadələr işlədirdi... Bu yazılarda təhqir və höhtanın sayı-hesabı yox idi. Mənim də adımı hallandırırdı. Mən ona bir elektron məktub yazdım və 2-3 dəqiqədən sonra bu yazışmaları yığışdırdı. Sağ olsun, düz yolda olmadığını başa düşdü...
-Nə yazmışdınız, açıqlamaq olarmı?
-Olmaz... Amma mən onun rəhmətlik Heydər Əliyev barədə bir yazışması var idi, elektron surətini şıxarıb saxlayıram, ona MTN naziri Eldar Mahmudova müraciət yazaraq əlavə etdim və MTN-nin rəsmi elektron ünvanına göndərdim... Az sonra özüm MTN-nin saytındakı telefona zəng edərək bu müraciətin Eldar Mahmudova çatdırılmasını xahiş etdim. Mənimlə danışan mTN əməkdaşı könülsüc cavab verdi, ağlım bir şey kəsmədi... Sonra eyni məzmunlu məktubla Baş Prokurorluğa da elektron məktub yazdıb, hətta adını çəkmək istəmədiyim idarə rəisi ilə telefonla danışdım ki, prezidentin və onun ailəsinin, bu sırada rəhmətlik Heydər Əliyevin şərəf və ləyaqətinin qorumaq vətəndaş olaraq hər birimizin borcudur, amma MTN-nin və Baş Prokurorluğun vəzifəsidir... Tədbir görün, bu adam sosial şəbəkədə insanları ağır formada təhqir edir və sair...
-MTN-dən nə xəbər oldu, demədiniz...
-MTN Elşad Abdullayevin medafiəsində durdu. Yəqinki rəhbərlik səviyyəsində... Olsun, amma şikayətimdə söhbət daha çox Prezident İlham Əliyevin barəsində yazılanlardan gedirdi... Eldar Mahmudov bu məsələdə susdu. Mən belə qəbul edirəm. Ona görə ki, başqa vaxtı hansısa bir müxalifətçi bərk qışqıranda tutub cəzalandırırlarsa, niyə ölkə Prezidentinin ünvanına bu şeyləri yazana bir kəlmə də söz deyilmir? Və bir həftə sonra məni Bakı şəhər Prokurorluğuna çağırdılar... Grtdim. Prokurorun köməkçilərindən biri (adını çəkmək istəmirəm), ədliyyə polkovniki məni qəbul etdi, dedi ki, MTN-nə və Baş Prokurorluğa göndərdiyiniz şikayətinizlə bağlı izahat verin... Baxdım ki, burda da Elşad Abdullayevin müdafiəsinə gedilir... Mübahisə-diskussiyamız oldu. Sonra mənə təklif etdi ki, Elşad Abdullayevi məhkəməyə verim. Dedim, hansı məhkəməyə? Barəsində 4 maddə ilə cinayət işi açılıb, Beynəlxalq axtarışa verilib, hələ də məsuliyyətə cəlb edə bilmirsiniz, məhkəməyə versəm, onu necə gətirəcəklər? Və mən izah etdim ki, şikayətimdə söhbət daha çox Prezidentin şərəf və ləyaqətindən gedir, bu isə Konstitusiyada təsbit olunmuş vəzifədir ki, prokurorluğun, MTN-nin vəzifəsidir, siz də vu vəzifəni mənim çiynimə qoyursunuz... Beləcə, demək istəyirəm ki, əksinə, MTN-də, Baş Prokurorluqda... Elşad Abdullayevin müdafiə olunmasının şahidi oldum. Bundan sonra düşündüm ki, görün, doğrudan da Prezident bu mənada bəzi məmurların əlindən nələr çəkir... MTN-dəki məlum həbslərdə də prezidenti tam haqlı bilirəm... Ən maraqlısı, son günlər isə Elşad Abdullayevin müdafiəsini quranlardan biri də "Gündəlik Bakı" adlı qəzetdir... Tanınmış vəkil Adəm Məmmədovun müsahibəsində də deyir ki, Ədliyyə Nazirliyində bir nazir müavini var, bu qəzeti məhkəmələrdə müdafiə edir, bu qəzet də Elşad Abdullayevi... Baxın, həmin qəzetin son iki aylıq saylarında Elşad Abdullayevin bütün "külliyatını" dərc edir. O biri tərəfdən isə "Biz Prezidentə, dövlətçiliyə xidmət edirik" yazır... Prezidentə xidmət edən necə olub ki, illərdir Elşad Abdullayevin Prezident və onun ailəsi, qohumları, hakimiyyət haqqqında yazılanları "görmür"?! Niyə belə edirlər, başa düşə bilmirəm. Elə belələridir ki, Elşad Abdullayevi həvəsləndirirlər, o da qızışıb düşür hakimiyyətin üstünə... Bunlara son vermək lazımdır. Mən belə düşünürəm...
Mahmud Məmmədli



Fikrini bildir