SON XƏBƏRLƏR
Gürcüstan parlamentində azərbaycanlı deputatların sayı artıb

Yazının dərc olunma Tarixi: 31/5/2021

Gürcüstan parlamentində azərbaycanlı deputatların sayı artıb
Gürcüstanın "Vahid Milli Hərəkat" Partiyasının parlamentə daxil olmaq barədə qərarından sonra qanunverici orqanda təmsil olunacaq azərbaycanlı deputatların sayı 3-ə çatıb. Gürcüstan KİV-ləri yazır ki, üçüncü deputat "VMH"nın təmsil olunduğu “Güc birlikdədir” birliyinin proporsional siyahısı üzrə mandat əldə edən Abdulla İsmayılovdur. X-cu çağırış parlamentində indiyədək iki azərbaycanlı kürsü tutub. Onlar hakim Gürcü Arzusu Partiyasından Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada seçilən Zaur Darğallı və proporsional siyahı üzrə mandat qazanan Savalan Mirzəyevdir.
Qeyd edək ki, "Vahid Milli Hərəkat"ın proporsional sıyahısında yer alan Abdulla İsmayılov, icma tərəfindən tanınmır və o ictimaiyyətdən və mediadan uzaq durur.



Fikrini bildir