SON XƏBƏRLƏR
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanıldı

Yazının dərc olunma Tarixi: 6/5/2021

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanıldı
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı tədbir keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, təbir zamanı ümumilikdə 31 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib və onlarla profilaktiki söhbətlər aparılıb, 19 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.



Fikrini bildir