Banklar dolları ucuzlaşdırmağa başladılar

Yazının dərc olunma Tarixi: 9/1/2016

Azərbaycanın bəzi kommersiya bankları Mərkəzi Bankın «limit» tələbindən sonra bir çox xarici valyutaların, o cümlədən dolların alış və satış məzənnəsini aşağı salıblar (azadliq.org).
Artıq bəzi banklar 1 ABŞ dollarını 1.62 manatdan satmağa başlayıblar. Mərkəzi Bankın qərarından öncə banklarda dolların satış qiyməti 1.85-ə qədər çıxmışdı.
Bankların, valyutadəyişmə məntəqələrinin qarşısında növbələr yaranıb. Bəzi banklar adambaşına 200 dollardan artıq valyuta satmır. Bəziləri isə «dollar qurtardı» deyə satışı dayandırıb.
Yanvarın 8-də Mərkəzi Bank banklara xarici valyutanın alqı-satqısı zamanı onun müəyyənləşdirdiyi rəsmi məzənnədən maksimum 4% kənara çıxa biləcəklərini bildirib.
Yanvarın 9-da 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.5642 manatdır.



Fikrini bildir