"Dövlət büdcəsinə yenidən baxılacaq"- Komitə sədri

Yazının dərc olunma Tarixi: 19/1/2016

Azərbaycanda dövlət büdcəsinə yenidən baxılacaq. Tezadlar.az xəbər verir ki, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib. Onun sözlərinə görə, çox güman ki, Azərbaycanda dövlət büdcəsinə yenidən baxılacaq.
Z.Səmədzadə bildirib ki, neftin qiymətinin dünya bazarında ucuzlaşması iqtisadi planlara və bu səbəbdən də dövlət büdcəsinə yenidən baxmağı baxmağı zəruri edir.
“Neftin qiymətini ucuzlaşması büdcəyə yenidən baxılmasını zəruri edib. Neftin qiyməti bizdən asılı olmayan səbəblərə görə 4 dəfə ucuzlaşıb ki, bu da bizə gələcəkdə büdcəyə yenidən baxmağa zəmin yaradır. Neftin qiymətinin düşməsi ilə bağlı valyuta ehtiyatlarımızın bir hissəsini itirdik. Müəyyən valyuta ehtiyatlarını saxlamalıyıq.”
Z.Səmədazə deyib ki, bu gün Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var: “Ancaq bu valyuta ehtiyatlarını birdən birə xərcləmək olmaz. Valyuta ehtiyatları səmərəli şəkildə istifadə olunmalıdır”.
Z.Səmədzadə qeyd edib ki, Azərbaycanda valyuta məzənnələri tənzimlənməlidir. Komitə sədri hesab edir ki, ölkədə yüzlərlə valyutadəyişmə məntəqələrinə ehtiyac yoxdur. Z.Səmədzadə əlavə edib ki, bu günki növbədənkənar iclasda müzakirəyə çıxarılan qanun layihələri Azərbaycan iqtisadiyyatının davamlılığını artıracaq, əhalinin vəziyyətinin yaxşılaşmasına xidmət edəcək. O əlavə edib ki, bəzən ajiotaj yaradanlar olur. “Amma bildiyimiz kimi ailədə sıxıntı hiss edəndə xərcləri optimalllaşdırır. Ölkədə 9 mlrd. manata yaxın əmanətlərimiz var. 6 mln. nəfərə yaxın əmanətçimiz var. Ökədə sosial siyəsətin uğurla həyata keçirilməsinin göstəricisidir. 40 mlrd. kifayət qədər valyuta ehtiyatı var. Bugün valyuta ehtiyatlarının həcmi dollarla ÜDM-in həcminə bərabərdir. Bu da ən yüksək göstəricilərdəndir.”



Fikrini bildir