SON XƏBƏRLƏR
Qarabağa yeridilən Rusiya sülhməramlılarına general Rüstəm Muradov komandanlıq edir

Yazının dərc olunma Tarixi: 11/11/2020

Qarabağa yeridilən Rusiya sülhməramlılarına general Rüstəm Muradov komandanlıq edir
Ermənistanın müdafiə naziri David Tonoyan Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradovla görüşüb. Ermənistan MN mətbuat xidmətinin yaydığı məlumata əsasən Tonoyan “sülhməramlı qruplaşmasının bu cür sürətlə formalaşdırılmasına” görə təşəkkür edib və missiyanın həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

General Rüstəm Usmanoviç Muradov 1973-cü ildə Dağıstanın Dərbənd rayonunda, Çinar kəndində anadan olub. Milliyyətcə tabasaran (bəzi mənbələrə görə azərbaycanlı) mənşəlidir. 2018-ci ildən Rusiyanın Cənub Hərbi dairəsinin komandan müavinidir. Rusiyanın Milli Qəhrəmanıdır.



Fikrini bildir