SON XƏBƏRLƏR
Güclü daşqın Türkiyə-Naxçıvan avtomobil yolunu bağladı - VİDEO

Yazının dərc olunma Tarixi: 24/5/2021

Güclü daşqın Türkiyə-Naxçıvan avtomobil yolunu bağladı - VİDEO
Bu gecə Türkiyənin İğdır bölgəsinin Aralıq rayonuna yağan güclü yağış daşqına səbəb olub. Daşqın suları nəticəsində Türkiyə-Naxçıvan magistral yolu bağlanıb. Hazırda sel səbəbi ilə bağlanan yolun açılması üçün fasiləsiz olaraq işlər davam edir.
"Təzadlar" Trtajans.az-a istinadən xəbər verir ki, Karakoyunlu rayonunda da fırtına səbəbindən evlərin damları uçub, ağaclar aşıb. Damlardan qopan taxta parçaları ətrafa səpələnib. Selin sürüyüb gətirdiyi çoxlu sayda daş parçaları və palçıq çöküntüləri nəqliyyatda fasilələrə səbəb olub, avtomobillər palçıq içində qalıb.
Bölgədəki tarlalara də ziyan dəyib. İlkin məlumata görə, 1 iş yerinin və 5 evin damlarının uçduğu müəyyən edilib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.



Fikrini bildir