SON XƏBƏRLƏR
ERMƏNİLƏR MÜHARİBƏNİ NECƏ UDUZDUQLARINI ETİRAF ETMƏKDƏDİR...

Yazının dərc olunma Tarixi: 25/9/2021

ERMƏNİLƏR MÜHARİBƏNİ NECƏ UDUZDUQLARINI ETİRAF ETMƏKDƏDİR...
...Hər şeyin zamana ehtiyacı var. Ermənistanın yüz illər boyu qonşularını şantaj etməklə qazandığı nə var idisə, hamısını vur-tut 44 gündə hamısını itirdi. Ən vacibi, dünyanın gözündə erməni mifi gorbagor oldu... İndi bir-bir səhvlərini və nəyə qadir olduqlarını açıb deməyə məhkumdurlar. Məsələn, “Ölmüş erməni əsgərlərinin qohumları” İctimai birliyinin sədri Arsen Asatryan sosial şəbəkələrdə bizim üçün maraqlı, özləri üçün adi bir bəyanatla çıxış edib. Asatryanın Ermənistan silahlı qüvvələrinin komandanlığı ilə danışıqları zamanı söylədiyi fikirləri indi Ermənistanda əməllicə çaxnaşma yaradıb. O, bildirib ki, 44-günlük müharibədə Azərbaycanın ən güclü silahı pilotsuz uçuş aparatları ilə yanaşı, xüsusi təyinatlı kəşfiyyatı olub.
“Azərbaycan Ordusunun kəşfiyyatı az qala İrəvana belə nüfuz etmişdi. Dünyanın ikinci belə güclü kəşfiyyatı ola bilməz. Müharibədə, məhz Hadrutda xidmət aparan oğlum Artur Asatryan ölümündən öncə mənə bir çox gizli məlumatlar danışa bilmişdi. O deyirdi ki, Azərbaycan kəşfiyyatı bizim atacağımız hər addımı öncədən bilirdi. Elə bil torpağın özü onlara kömək edirdi.
İkincisi, bizim ordumuz xaos vəziyyətində idi. Azərbaycan tərəfi psixoloji olaraq da bizdən üstün idi. Azərbaycan əsgəri haqda o qədər rəvayətlər gəzirdi ki, hamı istər-istəməz qorxu içində idi. Sizə onu da deyim ki, bizim ordumuzun onurğa sütununu Azərbaycan tərəfi məhz 10 oktyabr günü Hadrut əməliyyatı zamanı qıra bildi. Biz o gündən sonra didərgin düşdük”, - deyə Asatryan qeyd edib.
Bəli, ermənilər nəingi didərgin düşüb, həm də Ermənistan pərakəndə şəkildə idarə edilir. Buna görə isə Paşinyanı da yox, Ermənistan xalqının düşüncəsini, "Böyük Ermənistan" xülyasını və buna bənzər uydurulmuş nağılları qınamalıdırlar. Vaxtilə Azərbaycana qəzəl oxuyurdular, indi də keçmiş günləri barədə xatirə və nağılları...
A.Məmmədli



Fikrini bildir