SON XƏBƏRLƏR
Mixeil Saakaşvili azərbaycanlılara təşəkkür edib...

Yazının dərc olunma Tarixi: 14/10/2021

Mixeil Saakaşvili azərbaycanlılara təşəkkür edib...
...Mixeil Saakaşvili onunla görüşən "VMH" liderlərindən David Kirkitadzeyə azərbaycanlılara təşəkkürünü, sevgi və sayqılarını çatdırmağı xahiş edib... Bu barədə "VMH" üzvü Rəfi Orucov məlumat verib. Onun sözlərinə görə, keçmiş prezident müəyyən arzularını çatdıraraq azərbaycanlıların dəstəyini hiss etdiyini deyib və buna görə təşəkkür edib: "Mixeil Saakaşvili azadlıqda olduğu zaman mənimlə görüşlərində bizim xalqa olan sevgisini tez-tez dilə gətirirdi, bu gün də həbsdə olduğu zaman bizə müəyyən mesajlarını çatdıraraq Gürcüstan azərbaycanlılarının dəstəyini gördüyünü və sonadək mübarizə aparacaqlarına ümüd etdiyini dilə gətirib. Biz də öz növbəmizdə çalışmalıyıq ki, haqqın və ədalətin bərqarar olması üçün əlimizdən gələni edək. Mişanın azadlığı, ölkəmizin inkişafı istiqamətində öz töhfəsini verəcəyinə əminəm. Biz daima Gürcüstanın müstəqilliyi və uğuru üçün çalışmışıq, bu gün Mişanın çətin vəziyyətdə ikən belə bizim xalqa olan sevgisini çatdırması bir daha sübut edir ki, onun qəlbində bizə olan hörmət və diqqət nə dərəcədədir. Mən hər kəsi fəal olmağa və ədalət tələb etməyə çağırıram. 14 oktyabr tarixində keçiriləcək dinc aksiyaya qoşulmaq istəyən saysız insanlar var, hər birinə diqqətli olmağa, heç bir təxribata uymamağa və mədəni şəkildə aksiyada iştirak etməyə çağırıram".
Xtırladırıq ki, Mixail Saakaşvilinin prezidentliyi dönəmində və sonrakı illərdə o, Azərbaycaa həmişə böyük rəğbət bəslədiyini, iki ölkə arasında əlaqələrin həm qonşuluq, həm də etibarlı dost prinsipləri üzərindən inkişafına çalışıb
Elçin Cəfəroğlu



Fikrini bildir