SON XƏBƏRLƏR
Ərdoğan Putini Türkiyəyə səfərə dəvət edib

Yazının dərc olunma Tarixi: 27/1/2022

Ərdoğan Putini Türkiyəyə səfərə dəvət edib
Türkiyə ilə Rusiya arasında siyasi-mədəni əlaqələr getdikcə dərinləşməkdədir. Bu əlaqələr, xüsusən də 2020-ci ildə Azərbaycanın Qarabağda erməni işğalına son qoymaq üçün başladığı və qələbə ilə nəticələnmiş hərbi əməliyyatlardan sonra daha da dərinləşib. Elə buna görədir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini ölkəsinə səfərə dəvət edib. Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir. Türkiyə lideri bildirib ki, rusiyalı həmkarından cavab gözləyir. “Putinlə təkbətək görüşmək, bəzi addımlar atmaq istəyirik. Arzumuz böhranı (Ukrayna məsələsi-red) dialoq və diplomatiya yolu ilə həll etməkdir”, - Ərdoğan qeyd edib.
Şübhəsiz ki, Türkiyə İlə Rusiya arasındakı əlaqələrin dərinləşməsi bölgədə və bütünlüklə dünyada sülh və sabitliyə böyük dayaqdır.
A.Məmmədli



Fikrini bildir