"Rusiyanın törətdiyi əməllərlə bağlı 20 minə yaxın cinayət işi açılıb"

Yazının dərc olunma Tarixi: 1/7/2022

"Rusiyanın törətdiyi əməllərlə bağlı 20 minə yaxın cinayət işi açılıb"
“Biz Rusiyanın Ukrayna ərazisində törətdiyi cinayətləri sənədləşdiririk. Artıq müxtəlif faktlar, o cümlədən cinsi zorakılıqla bağlı 20 minə yaxın cinayət işi açılıb”.
“Pravdainfo.org” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Zaporojyeyə səfəri zamanı Ukrayna daxili işlər nazirinin müavini Katerina Pavliçenko deyib.
“Bu gün hüquq-mühafizə orqanları Rusiyanın Ukrayna ərazisində törətdiyi bütün cinayətlərin sənədləşdirilməsi üzərində iş aparır. Artıq ölkə ərazisində 20 minə yaxın cinayət işi açılıb. Söhbət mülki şəxslərə və infrastruktura qarşı cinayətlərdən gedir. Zaporejye vilayətində isə 3000-dən çox belə cinayət halı qeydə alınıb”, - o bildirib.
K.Pavliçenko söyləyib ki, müharibə cinayətlərinin araşdırılması üçün Ukraynanın hüquq-mühafizə orqanları səfərbər olunub.
O, bütün materialların Rusiyanın Ukraynada törətdiyi vəhşiliklərin sübutu kimi beynəlxalq tribunala təqdim olunacağını bildirib.



Fikrini bildir