SON XƏBƏRLƏR
Tələbələr Dövlət İqtisad Universitetinin rektoruna qarşı üsyan etdi-VİDEO-YENİLƏNİR

Yazının dərc olunma Tarixi: 3/5/2021

Tələbələr Dövlət İqtisad Universitetinin rektoruna qarşı üsyan etdi-VİDEO-YENİLƏNİR
Bu gün Tələbə Güc Mərkəzi Təşkilatının üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar əllərində "Tələbəyə ədalət!" bannerini tutublar. Aksiya iştirakçılarının sözlərinə görə, müəllimlər imtahanların keçirilməsi qaydalarına etiraz edən tələbələri təhdid edirlər.
«Tələbələrə imtahan sualları verilmir. Bu da təbii ki, tələbələrə çətinlik yaradır. Bundan əlavə biz tələb edirik ki, onlayn qaydada keçirilən dərslərdə qayıb limiti götürülsün», - etirazçılar aksiyanın məqsədini açıqlayıblar.
Bütün iştirakçılar – Rəvan Axundov, Əhməd Məmmədli, Fərid Cabbar, Tükəzban Qasımova və fəal Rüstəm İsmayılbəyli polis tərəfindən saxlanılıblar.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan agentliyinə bildiriblər ki, aksiya iştirakçıları ərazidən çıxarılıb, amma saxlanılan yoxdur.
"Təzadlar"ın əməkdaşı məsələ ilə bağlı adı çəkilən tələbələrdən ikisi ilə əlaqə saxlayıb, məsələyə ətraflı aydınlıq gətiriləcək.
Tələbələr Dövlət İqtisad Universitetinin rektoruna qarşı üsyan etdi-VİDEO-YENİLƏNİR



Fikrini bildir