SON XƏBƏRLƏR
Ermənistan Laçın və Qoris sərhədində gərginlik barədə məlumat yayıb

Yazının dərc olunma Tarixi: 12/5/2021

Ermənistan Laçın və Qoris sərhədində gərginlik barədə məlumat yayıb
Mayın 12-nə keçən gecə 200-ə yaxın Azərbaycan hərbiçisi Ermənistanın Sünik vilayəti istiqamətində mövqelərini irəli çəkiblər. Bu barədə Ermənistan kütləvi informasiya vasitələri Qoris hakimiyyətinə istinadla məlumat yayıb.

Qoris merinin müavini İrina Yolyan bildirib ki, Azərbaycanlılar İşxanasar dağı istiqamətindən dövlət sərhədini keçiblər və Verişen kəndi istiqamətində üç kilometr irəliləyiblər. Burada Sevliç gölü yerləşir, onun 30%-i Azərbaycan ərazisindədir, amma azərbaycanlılar bu su hövzəsini tamamilə öz nəzarətləri altına götürmək istəyirlər, deyə Yolyan bildirib.

Öz növbəsində, Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyan Sputnik Armenia-ya bildirib ki, gecə Azərbaycan hərbiçiləri İşxanasar bölgəsində erməni blokpostuna gedən yolu bağlayıblar.

Ermənistan tərəfin son məlumatlarına görə, tərəflər arasında rus hərbiçilərin iştirakı ilə danışıqlar başlayıb.

Azərbaycan Müdafiə Nazirliyi və Sərhəd Qoşunları bu məlumatları şərh etmir.



Fikrini bildir