SON XƏBƏRLƏR
II Qareginin dünən Qarabağda Azərbaycan əleyhinə basdırdığı mina…

Yazının dərc olunma Tarixi: 5/6/2021

II Qareginin dünən Qarabağda Azərbaycan əleyhinə basdırdığı mina…
...Dünən Patriarxal səfəri çərçivəsində Bütün Ermənilərin Katolikosu II Qaregin Erməni Apostol Kilsəsinin qurucusu “Müqəddəs Qriqori İşıqlandırıcının” qalıqlarını Qarabağa gətirib.
Bu barədə Ermənistan mətbuatı ətraflı məlumat yayıb. Ən maraqlısı budur ki, 2-ci Qaregini Rusiya sülhməramlı kontingent komandirinin köməkçisi Papa Boris Qrişin bilə-bilə ki, hansı niyyətlə gəlib, sonadək müşaiyət edib... II Qaregin hərbçilərə xeyir-dua da verib: “Yaşadığımız çətin sınaqlar və qarşılaşdığımız problemlər bizi birləşdirməli, bizi daha güclü və müdrik etməlidir ki, səhvlərimizdən nəticə çıxarıb vəziyyəti ayıq qiymətləndirək". O, müharibə nəticəsində dağılmış evlərin, məktəblərin, xəstəxanaların bərpası, erməni mənəvi və mədəni irsinin qorunması üçün bundan sonra bütün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. Diqqət edin, “...erməni mənəvi və mədəni irsinin qorunması üçün bundan sonra...”!
Axı, erməni mənəvi və mədəni irsinin qorunmasının Qarabağa nə aidiyyəti?
***
Bəli, məsələ ciddidir. Ermənistanın din xadimi Azərbaycanın başı üzərindən Qarabağda bəd əməllərlə məşğuldur. Belə ki, 2-ci Qaregin erməni Apostol Kilsəsinin qurucusu “Müqəddəs Qriqori İşıqlandırıcının” qalıqlarını Qarabağa gətirməklə Qarabağda Azərbaycan əleyhinə mina basdırmaqdadır. Baxın: 1828-ci ildə satqınçılıqlarının cəzası olaraq İran və Türkiyədən rədd edilib Qarabağa köçürdülmüş ermənilər təxminən 180 il sonra “Qarabağ bizimdir!” dedikləri və buna ən azı 30 il ərzində nail olduqları kimi, elə təxminən 50-100 il sonra da dünyaya car çəkəcəklər ki, baxın, “Erməni Apostol Kilsəsinin qurucusu “Müqəddəs Qriqori İşıqlandırıcının” qalıqları” Qarabağdadır və o, burada dünyaya zühur edib, deməli, bura Ermənistan torpağıdır və s.
Bəs niyə bizim ən yüksək din xadimlərimiz susurlar? Niyə ən azı Qarabağda sülh ağsaqqallığını çiyninə götürmüş Rusiya rəhbərliyinə demirlər ki, xahiş edirik, bu Azərbaycan əleyhinə basdırılmış minanı Qarabağdan rədd edib təmizləyin!
Demirlər, amma bilirlər ki, nə vaxtsa, bu mina partlayacaq! Bunu isə mən deyirəm. Odur ki, Azərbaycanın ən yüksək səviyyəli dövlət qurum rəhbərləri Rusiya Prezidentinə müraciət etməli, Qarabağa ayaq açan bu din təxribatçılarının saxta “Erməni Apostol Kilsəsinin qurucusu “Müqəddəs Qriqori İşıqlandırıcının” qalıqları” məzhəkəsinə son qoyulmasını tələb etməlidirlər. Axı, erməni din xadimi olmuş “müqəddəs Qriqori”nin Qarabağa nə aidiyyəti? Yaxud, Qarabağda nə iti azıb? 44 günlük Zəfər döyüşlərində Qarabağda azmışları iti qovan kimi qovmadıq ki?! “Müqəddəs Qriqori”nin qalıqları ermənilər üçün belə müqəddəsdirsə, nə çox Ermənistanda yer, dərə-təpə, dağlar, basdırın, muzey düzəldin, gündə başına dolanın! Amma dünyanı barmağınıza dolamayın! Nəzərə alın ki, bu din fırıldaqçılığını bizim müqəddəs dindarlar görməsə də, milli dronlarımız göydən yaxşı görür, heç olmasa, onların əsəbləri ilə oynamayın!
Asif MƏRZİLİ



Fikrini bildir