SON XƏBƏRLƏR
Türkiyədəki yanğını söndürməyə 500 nəfərimiz və helikopterlərimiz göndərilir

Yazının dərc olunma Tarixi: 30/7/2021

Türkiyədəki yanğını söndürməyə 500 nəfərimiz və helikopterlərimiz göndərilir
…Türkiyədə yanğınlar artıq ram edilməkdədir. Bununla belə, ölkənin bir çox əyalətlərində tüstü-duman meydan oxuyur. Təbii ki, indi dünyanın hər yerində anomal istilərdən qaynaqlanan yanğınlar baş verməkdədir. Azərbaycan isə bütün imkanları və varlığı ilə Türkiyəmizin yanındadır.
Bəli, Türkiyədə meşələr yanır, burda isə Türkiyəmizə ürəyimiz… İlkin ehtimallara görə, yanğınların çoxu terrorçular tərəfindən törədilib. Bunun üçün polis orqanları araşdırmalara başlayıb.
***
Azərbaycan Türkiyəyə qardaş köməyini etməkdədir, bunun üçün isə artıq 500 nəfərlik canlı qüvvə və bir neçə yanğınsöndürən helikopterlər qardaş ölkəyə göndəriləcək. Bu Azərbaycanın Türkiyəyə sevgi ilə edəcəyi köməyidir. Artıq sosial şəbəkələrdə də Türkiyədəki yanğınların söndürülməsinə kömək etmək istəyən insanların çağırışları eşidilməkdədir. Başqa cür də ola bilməz. Azərbaycanın hər bir insanı Türkiyəyə yardım etməyə hazırdır.
A.Məmmədli



Fikrini bildir