SON XƏBƏRLƏR
SAAKAŞVİLİ AZƏRBAYCANLILARA NİYƏ MÜRACİƏT ETDİ?

Yazının dərc olunma Tarixi: 4/12/2021

SAAKAŞVİLİ AZƏRBAYCANLILARA NİYƏ MÜRACİƏT ETDİ?
...Saakaşvilinin qalmaqallı məhkəməsinin davam etdiyi bir vaxtda o, Qori Hərbi Hospitalından azərbaycanlılara müraciət məktubu göndərib... "Təzadlar" Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu məktubu "Vahid Milli Hərəkat" partiyasının üzvü Rəfi Orucov şəxsi Facebook hesabında paylaşıb.
R. Orucov paylaşımında Mixeil Saakaşvilinin ünvanladığı məktubu olduğu kimi təqdim edib: "Mənim əziz və sevimli azərbaycanlı həmvətənlilərim.
Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə sizə öz təşəkkürümü bildirirəm. Mən sizi çox sevirəm, mən sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm. Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, haradaki, hər kəs qorunacaq, çiçəklənəcək, və heç kəs sizə haqsızlıq edə bilməyəcək. Sevgi və sayqılarla, sizin dostunuz və 3-cü prezidentiniz Mixeil Saakaşvili".
Saakaşvilinin bu siyasi atmacalı məktubu Gürcüstanın siyasi hakimiyyətini ciddi şəkildə qıcıqlandırıb... Amma hələki rəsmi reaksiya yoxdur...
A.Məmmədli



Fikrini bildir