SON XƏBƏRLƏR
Şuşaya və Ağdama avtobus marşrutları açılır

Yazının dərc olunma Tarixi: 17/1/2022

Şuşaya və Ağdama avtobus marşrutları açılır
Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İlkin mərhələdə Şuşa və Ağdama reyslərə şərait yaradılacaq.
Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir.
Qeyd edilir ki, sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.



Fikrini bildir