Astara sakininin evindən yarım kiloqramdan artıq narkotik aşkarlanıb.
Əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları keçirib. Belə ki, şöbə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayonunun Pensər kənd sakini İmran Rüstəmov saxlanılıb. Onun özünün iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı oradan 5 ədəd bükülüdə ümumi çəkisi yarım kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilərək götürülüb.