Pandemiya şəraitində məhərrəm ayı - VİDEO

Yazının dərc olunma Tarixi: 19/8/2020

Pandemiya şəraitində məhərrəm ayı - VİDEO
Pandemiya ilə əlaqədar dini ayinlər toplu halda icra edilməyəcək

Avqustun 21-dən Məhərrəm ayı başlayır. Aşura isə avqustun 30-ə təsadüf edəcək. Koronavirus pandemiyası səbəbindən Aşura ilə bağlı dini ayinlər məscidlərdə keçirilməyəcək. Bununla yanaşı əhali arasında virusun yayılmasının qarşısını almaq məqsədi ilə insanların başqa yerlərdə də kütləvi toplaşması yolverilməzdir. Heydər məscidinin imamı Hacı Rüfət Qarayev Reala müsahibəsində bildirdi ki, Məhərrəm ayında dini ayinlərin ailə daxilində keçirilməsi daha məqsədə uyğundur.

Qeyd edək ki, Azərbaycanda Aşura günü qanvermə aksiyası artıq ənənə halını alsa da, pandemiya səbəbindən bu il məscidlərdə qanvermə aksiyaları təşkil edilməyəcək.




Fikrini bildir