Türkiyə Ordusunun tanınmış terrorçunu məhv etməsinin görüntüləri yayılıb - VİDEO
Yazının dərc olunma Tarixi: 18/5/2021
Türkiyənin Milli Müdafiə Nazirliyi PKK/YPG-PYD-KCK qruplaşmasının “yüksək vəzifəlisi” “Sofi Nurettin” kod adlı terrorçu Halef əl-Məhəmmədin məhv edilməsinin görüntülərini yayıb. Türkiyənin pilotsuz uçuş aparatları onun İraqın şimalında gizləndiyi mağaraya zərbə endirib. "Sofi Nurettin"in Suriyadan İraqın şimalına keçməsi YPG/PYD-nin PKK/KCK terror qruplaşmasının Suriya qolu olduğunu bir daha təsdiqləyir", - nazirlikdən bildirilib. “Sofi Nurettin” 2015-2020-ci illər arasında İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olub. Terorçunun zərərsizləşdirilməsinin videosunu təqdim edirik: